Modern.az

27 polis koronavirusa yoluxdu

27 polis koronavirusa yoluxdu

30 Mart 2020, 23:56

Tailandın paytaxtı Banqkokda 27 polis işçisi yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Modern.az  Axar.az-a  istinadən xəbər verir ki, bu barədə Banqkok polis departamentinin rəisi Pakkaponq Ponqpetra açıqlama yayıb. Təkcə tibb işçilərinin deyil, polis əməkdaşlarının da pandemiya ilə mübarizənin ön cəbhəsində olduqlarını deyən polis rəisi əlavə edib ki, hazırda 326 polis işçisi karantinə cəlb olunub və onlar COVİD-19 analizlərinin nəticələrini gözləyirlər.

Bildirilib ki, Banqkok polisləri əsasən iki yolla virusa yoluxublar. Birinci qrup bu yaxınlarda İspaniyadan ezamiyyətdən qayıdanlardır. Digər qrup isə Tailandda koronavirusun ocaqlarından hesab olunan "Lumpinee" boks arenası və "Thonq Lor" əyləncə mərkəzində xidmət aparmış polislərdir. Bundan başqa, yol polisi şöbəsinin rəis müavini də virusa yoluxub. Onunla təmasda olanlar karantinə cəlb olunublar.

Qeyd edək ki, martın 30-da Tailandda COVİD-19 infeksiyasına daha 136 yoluxma və 2 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların sayı 1524 nəfərə, ölənlərin sayı isə 9-a çatıb. COVİD-19 infeksiyasına yoluxanların orta yaş həddi 40-dır. Tailand hökumətinin açıqlamasında virusa yoluxma hallarının çoxalmasının qarşısının vətəndaşların evdə qalması ilə mümkün olacağını açıqlayıb. Martın 29-da evdən çıxan vətəndaşların sayı 40 faiz azalıb. Amma xəstəliyin daha səmərəli nəzarət altına alınması üçün bu rəqəmin 90 faiz olması lazımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır