Modern.az

Koronavirusla bağlı SON STATİSTİKA - 200-cü ölkə, 784 min yoluxma, 37 min ölüm

Koronavirusla bağlı SON STATİSTİKA - 200-cü ölkə, 784 min yoluxma, 37 min ölüm

Dünya

31 Mart 2020, 04:10

Ötən sutka dünyada yeni növ koronavirus (COVİD-19) pandemiyasından 3,715 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bununla da infeksiya qurbanlarının sayı 37,780-ə çatıb.

 

Ölüm faktı ən çox İspaniya (913), İtaliya (812), ABŞ (565) və Fransada (418) qeydə alınıb.

 

Bu saata kimi dünyada koronavirusa yoluxanların sayı 784,381 nəfər təşkil edir. Onlardan 165,035-i sağalıb.

 

Qeyd edək ki, ötən sutka Botsvanada da koronavirusa yoluxma faktı qeydə alınıb və bununla da pandemiyanın yayıldığı ölkələrin sayı 200-ə çatıb.

 

Koronavirusla bağlı statistika hər saat dəyişir. Son sutkada 60,991 nəfərdə COVİD-19 aşkarlanıb ki, bu da əvvəlki günə nisbətən çoxdur. 

 

T.İSMAYIL

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir