Modern.az

ABŞ koronavirusa təslim olur - Bir gündə 20 min yoluxma, 600-ə yaxın ölüm

ABŞ koronavirusa təslim olur - Bir gündə 20 min yoluxma, 600-ə yaxın ölüm

31 Mart 2020, 09:04

ABŞ-da ötən gün rekord sayda koronavirusa yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, sutka ərzində Birləşmiş Ştalatlarda 20,353 nəfərdə COVİD-19 virusu aşkarlanıb.

 

Ölkədə bir gündə virusdan ölənlərin  sayı isə 573 nəfərə yüksəlib. Ümumiliikdə ABŞ-da bu günə qədər 3,156 nəfər pandemiyanın qurbanı olub.

 

Beləliklə, Amerikada koronavirusa yoluxma sayı 163,844 nəfərə çatıb.

 

T.İSMAYIL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir