Modern.az

İnsan özünə ya həkimdir, ya qənim

İnsan özünə ya həkimdir, ya qənim

31 Mart 2020, 10:40

Ərşad Əzimzadə
"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri,
yazıçı-jurnalist

Bir xanım qıfa dönmüşdü - ağzına nə qoyurdu o saat arxadan tökülürdü. İshal əldən salmışdı yazığı. Dərmansız yaşaya bilmirdi. İş yoldaşları bir professoru təriflədilər. Dedilər, amma gərək gedib növbəyə yazılasan. Çarə nəydi? Nə qədər entreseptol atmaq olar? Gedib növbəyə yazıldı. Üç aydan sonra qəbula düşə bildi.

Ağ saçlı həkim onu diqqətlə dinlədi və məyus halda dedi:

-Qızım, Allaha dua elə ki, qarnın hər gün boşalır. Mən 40 ildi qəbizlikdən əzab çəkirəm. Daha ən güclü dərmanlar da kar salmır. Qəbizlik ən böyük bəladı. Ən ağır xəstəliklər qəbizlikdən törəyir. Çünki qan daimə zəhərlənir.

"Qıf" xanım ağır taleyilə barışmalı oldu.

Zavallı alimin sözlərində bir acı həqiqət var - ishal pisdir, amma qəbizlik ondan min qat pisdir. Ağıllı insanlar onların heç biri ilə barışmır. Bilir ki, qidalanma qaydalarına əməl edən, qidada təkcə ləzzət deyil, həm də fayda axtaran hər kəs bütün bəlalardan yaxa qurtara bilir.
Bilirəm ki, insanların çoxu qəbizlikdən əzab çəkir. Onu da bilirəm ki, günaşırı, 2-3 gündən bir boşalan adamlar bunu halı qəbizlik saymırlar. bununla da öz canlarına ağır zərbə vururlar.
Əslində, insan neçə dəfə yeyirsə, o sayda da boşalma baş verməlldır. Belə insanın həmişə qanı təmiz, çəkisi normal, səhhəti və ovqatı da əla olur. Heç bir virus daşıyıcısı onun üçün təhlükəli deyil.

Mədə-bağırsaq traktının normal işləməsi üçün aşağıdakı qaydalara dəqiq əməl etmək zəruridir.

1. Səhər yuxudan duran kimi 300 qramlıq fincana 2 çay qaşığı alma sirkəsi və 1 çay qaşığı bal qatıb, ilıq şəkildə və qurtum-qurtum imək. Hər dəfə yeməkdən 15 dəqiqə qabaq və 2 saat sonra çiy su içmək. Çaydan, kofedən, qablaşdırılmış digər mayelərdən imtina etmək. Qida qəbulu vaxtı su, fanta və digər mayelər (tərəvəz şirəsindən başqa) içmək - çox zərərlidir.
Maye qəbulunu saat 19-da dayandırmaq lazımdır.

2. Qidaları qarışdırmq olmaz! Yəni, səhərlər meyvə, günorta nişastalı qidalar (kartof, dən yarmaları və s), axşam isə zülal tərkibli qidalar yemək.

3. Gündə 2-3 nimçə tərəvəz salatı yemək. Özü də salat xörəkdən xeyli çox olmalıdır.

4. Tərkibində nişastadan başqa heç bir şey olmayan ağ çörəkdən və un məmulatlarından imtina etmək. Əgər sağlamlığın 1 nömrəli düşməni olan çörəkdən imtina edə bilmirsənsə, o zaman kəpəkli undan bişirilmiş çörəyi xırda-xırda dilimlə, günün qabağında 1-2 sutka saxla, ayrıca tərəvəz salatı və kərə yağla ye.

5. Qida qəbulundan sonra 30 dəqiqə açıq havada gəzmək həzmolmanı yaxşılaşdırır.

6. Qida qəbulu ilə yuxu arasında 3 saat boşluq olmalıdır.

Allah yaxşı insanlara ŞƏFA, pis insanlara BƏLA versin!

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür