Modern.az

Müddətli hərbi qulluqçuların Ordudan tərxis olunma vaxtı AÇIQLANDI

Müddətli hərbi qulluqçuların Ordudan tərxis olunma vaxtı AÇIQLANDI

31 Mart 2020, 12:00

Müdafiə Nazirliyi hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ilə əlaqədar ictimiayyəti narahat edən məsələyə - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına aydınlıq gətirib.

Modern.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Xatırladaq ki, Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?