Modern.az

Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ

Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ

31 Mart 2020, 14:22

Rusiya Dövlət Duması koronavirusun yayılması ilə bağlı karantinin şərtlərinin pozulmasına görə cinayət məsuliyyətinin tətbiqi haqqında qanun layihəsini qəbul edib.

 

Modern.az-ın Rusiya mediasına istinadla məlumatına görə, yeni qanuna əsasən, sanitariya-epidemioloji qaydaları pozanlar 50 min rubldan bir milyon rubladək cərimə oluna, yaxud 3 ilədək müddətə peşə sahəsində işləmək hüququndan və ya 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

 

Əgər qanun pozuntusu insan ölümünə səbəb olarsa, yaxud kütləvi yoluxma təhlükəsi yaradarsa, bir milyon rubldan iki milyon rubladək cərimə, 5 il müddətinə peşəsi üzrə işləmək hüququndan məhrum edilmə, yaxud 5 il müddətinə həbs cəzası tətbiq oluna bilər. Qanunu pozaraq iki və daha artıq şəxsin ölümünə səbəb olan şəxsləri isə 7 ilədək həbs gözləyəcək.

 

Bilərəkdən qanunu pozaraq insan ölümünə səbəb olan şəxslərin hərəkətləri terrorizm, xuliqanlıq və diversiya kimi qiymətləndiriləcək və Rusiya Cinayət Məcəlləsinin maddələrinə uyğun cəzalandırılacaq.

 

Qeyd edək ki, son məlumata əsasən Rusiyada yeni növ koronavirusa yoluxmuş şəxslərin sayı 2,337-yə çatıb. Təkcə bu gün 501 nəfərdə virus aşkarlanıb, 8 nəfər vəfat edib. Həyatını itirənlərin ümumi sayı 17-dir. 121 nəfər isə sağalıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır