Modern.az

İctimai Palata mitinq keçirib - YENİLƏNİB+FOTOLAR

İctimai Palata mitinq keçirib - YENİLƏNİB+FOTOLAR

22 Aprel 2012, 16:08

İctimai Palataya daxil olan müxalifət qüvvələri bu saatlarda Bakının Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada növbəti mitinqinə toplaşmaqdadır.

Mitinq təşkilatçılarının verdikləri məlumata görə, bu dəfə də şəhərin müxtəlif istiqamətlərindən 20-ci sahəyə doğru avtobus marşrutlarının hərəkəti məhdudlaşdırılıb.

Bununla belə aksiyaya gələnlər hazırda meydana toplaşmaqda davam edirlər. Polis mitinqə gələnlərin çantalarını yoxlayır.
 
Mitinq keçirilən meydanın ətrafında çoxlu sayda polislər cəmlənib.

***

AXCP sədrinin müavini Həsən Kərimov "Azadlıq" radiosuna deyib ki, aksiya keçirilən 20-ci Sahəyə avtobusların hərəkəti dayandırılıb: “28 May, Sahil istiqamətindən gələn avtobuslar xəttdən çıxarılıb. Badamdrdan gələn yolu isə traktorlarla kəsiblər.Mitinqə ciddi şəkildə mane olunur. Bizim qarşıdurmaya getmək fikrimiz yoxdur. Hakimiyyətə xəbərdarlıq edirəm ki, əgər belə maneçiliklər olacaqsa o zaman yürüş edəcəyik. İnsanların aksiyaya gəlməsinə normal şərait yaradılmalıdır”.

H. Kərimov onu da deyib ki, 18 yaşdan aşağı şəxslər mitinqə buraxılmır. O, bunun ciddi qanun pozuntusu olduğunu bildirib.

***


Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də artıq meydana gəliblər..  Bir qədər sonra çıxışlar başlayacaq...

***

Artıq mitinq başlayıb... Meydanda "Koroğlu" uvertürası səsləndirilib. Mitinqi İctimai Palatanın üzvü İbrahim İbrahimli aparır. Hazırda aksiyada müxtəlif şüarlar səsləndirilir. Az sonra çıxışlar olacaq.

 

 

***


Hazırda Müsavat başqanı İsa Qəmbər çıxış edir... Müsavat başqanı hakimiyyətin apardığı siyasəti sərt tənqid edib... O, Bakıda və digər yerlərdə insanların mülkiyyət hüququnun pozulmasını, insanların evlərinin uçurulmasını pisləyib. Ziyalıların cəmiyyətdəki barışdırıcı missiyasından söz açan Müsavat başqanı bildirib ki, artıq ziyalılar xalqla hakimiyyətin arasında dayanmağın mümkün olmadığını görürlər. İsa Qəmbər əsl ziyalıların İctimai Palata ilə birlikdə olduğunu söyləyib.

***


İ.Qəmbərdan sonra İctimai Palatanın üzvü, politoloq Ərəstun Oruclu çıxış edib. Daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, mülkiyyət hüququ pozulan vətəndaşların nümayəndəsi, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı çıxış ediblər. 


***

Mitinqin sonunda AXCP sədri Əli Kərimli çıxış edib. 

***

Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamədə mitinq iştirakçılarının tələbləri ilə yanaşı növbəti mitinqin mayın 6-na təyin olunduğu əksini tapıb. Mitinq dövlət himninin oxunması ilə başa çatıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi