Modern.az

İran səfirliyi bəyanat yaydı:ABŞ-ın sanksiyaları ölkəmizi çətin vəziyyətə salıb”

İran səfirliyi bəyanat yaydı: “ABŞ-ın sanksiyaları ölkəmizi çətin vəziyyətə salıb”

Aktual

1 Aprel 2020, 17:32

“ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan acınacaqlı çətinliklər İranın ölümcül koronavirusun öhdəsindən gəlməsini demək olar ki, mümkünsüz vəziyyətə gətirib”.


Modern.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyinin bəyanatında bildirilib.

Səfirliyin bəyanatına görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı  ən sərt sanksiyalar tətbiq etməklə humanitar fəlakətə yol açır. Belə ki, sanksiyalar Covid-19 pandemiyası dövründə adi insanların əsas dərmanlardan istifadə etməsini qeyri-mümkün edir.


Məlumata görə, İranda Covid-19  virusuna yoluxanların ümumi sayı 41495 nəfərə, ölənlərin sayı 2757-ə yüksəlib.

İranın səhiyyə naziri Səid Namaki martın 30-da 61 milyondan çox insanın - 51 milyondan çoxunun telefonla yoxlandığını bildirib. Yoxlanışdan keçən şəxslərdən 218 mindən çoxuna daha ətraflı müayinə üçün təyin edilmiş və 93000 nəfər ev şəraitində müalicə alıb. 16 mindən çox adam xəstəxanaya yerləşdirilib.


Qeyd edilir ki, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatını zəiflədib. Vaşinqtonla gərginlik dərinləşib və hökumət çətin durumdadır.


“Keçən həftə cənab Donald Tramp sanksiyalarını sərtləşdirərək, İranla neft-kimya məhsullarında əhəmiyyətli əməliyyatlar etdiyinə görə dünyanın bir sıra şirkətlərini qara siyahıya saldı. ABŞ İranı dəstəkləyənləri hədəfə almaqda dəvam edir, hətta bu sadecə humanitar ticarət və İran xalqına dəstək olarsa da!

Belə bir vəziyyətdə İran Beynəlxalq Valyuta Fonduna 5 milyard dollarlıq təcili maliyyə yardımı, əlcək və maskalara lazımlı avadanlıqların siyahısı üçün müraciət edib.

ABŞ-ın İrana qarşı sanksiyaları ölkənin koronavirus xəstələrini müalicə etmək səylərini dayandırır və ölümcül virusun yayılmasına səbəb olur. Üstəlik sanksiyalar beynəlxalq bankları İranla münasibətlərdən çəkinməyə vadar edir və Avropa tibb şirkətlərinə koronavirusa qarşı mübarizədə həyati olan avadanlıqların satışına qadağa qoyur.

Ağ Ev İrana qarşı sanksiyaların qaldırılmasından imtina edir və hətta son həftələrdə bir neçə dəfə sərtləşdirib, bu da İran əhalisinin dərmanlar və tibbi avadanlıqlardan istifadəsini demək olar ki, mümkünsüz edir.

Rəsmi Tehran ABŞ-ın ölkəyə tətbiq etdiyi birtərəfli sanksiyaların pandemiya qarşı mübarizəsini ciddi şəkildə maneə törətdiyini söyləyir”, - bəyanatda deyilir.

Bildirilir ki, ABŞ tətbiq etdiyi sanksiyalarla İranda koronavirusun sürətlə yayılmasına görə məsuliyyət daşıyır.


Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət sanksiyaların qaldırılması üçun əlindən gələni etməlidir. 


“Bu gün, sanksiyalar səbəbindən, İran tibbi avadanlıq və ləvazimat ala bilməyən yeganə ölkədir. Sanksiyaların və koronavirusun birləşməsi onu daha təhlükəli və dəhşətli bir komplikasiyaya çevirir. Sanksiyalar koronavirusu daha möhkəm və böhranı daha çətinləşdirir.

Artıq qanunsuz sanksiyalara son qoymağın vaxtı çatıb. Beynəlxalq ictimaiyyət İrana sanksiyaların dayandırılmasına kömək etməlidir və bununla əlaqədar Rusiya Federasiyası, Çin, Türkiyə, Pakistan və BMT baş katibi də daxil olmaqla bir çox dövlət başçıları ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını istəyib. Bu hökumətlərin artan səyləri etik, insanpərvər və təqdirəlayiqdir.

Hüquqi baxımdan ABŞ-ın sanksiyaları təkcə İrana qarşı deyil, həm də insanlığa və beynəlxalq birliyə qarşı bir cinayətdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir