Dünyada koronavirus qurbanlarının sayı hər gün artır.
Modern.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir ki, indiyədək dünyada 40 598 insan pandemiyanın qurbanı olub.
Məlumata görə, son gün ərzində COVID-19 infeksiyasına 72 736 nəfər yoluxub. 4 193 nəfər isə koronavirusdan ölüb.
Dünyada koronavirusa yoluxanların sayı isə ümumilikdə 823 626 nəfərə çatıb.