Modern.az

Milli Məclisin parlamentlərarası işçi qrupları niyə formalaşmır?

Milli Məclisin parlamentlərarası işçi qrupları niyə formalaşmır?

Parlament

2 Aprel 2020, 11:10

Altıncı çağırış Milli Məclisdə bütün komitə və komissiyaların üzvləri məlum olsa da, hələlik parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırılmayıb.

 

Modern.az-ın məlumatına görə, hazırda ölkələr üzrə işçi qrupları köhnə qaydada fəaliyyət göstərir. Hələlik parlamentlərarası əlaqələr üzrə işçi qruplarının nə rəhbərləri, nə də üzvləri seçilib. İşçi qruplarının formalaşmamasına səbəb isə koronavirus infeksiyasıdır.

 

Hazırda parlament müvəqqəti olaraq fəaliyyət göstərmir. Komitə iclasları isə fəaliyyətlərini onlayn qaydada davam etdirir.

Əldə etdiyimiz məlumata görə, altıncı çağırış Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları parlament aktiv fəaliyyətə başlayandan sonra tam tərkibdə formalaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub