Modern.az

“Azərbaycan aprel döyüşlərini təkrarlaya bilər”Erməni politoloq

“Azərbaycan aprel döyüşlərini təkrarlaya bilər” – Erməni politoloq

2 Aprel 2020, 15:36

“Azərbaycan aprel döyüşlərini təkrarlaya bilər”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu fikri Qloballaşdırma və Regional Əəmkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan münaqişənini hazırkı vəziyyətindən danışarkən söyləyib.

 

Onun fikrincə, koronavirusla bağlı dünyada və regionda yaranmış vəziyyət buna şərait yaradır.

“ATƏT-in Minsk Qrupunun monitorinq qrupunun təmas xəttindəki fəaliyyətinin dayandırılması, Qarabağda baş verən proseslər və s. hərbi əməliyyatların təkrarlanması riskini yaradır. Xüsusən Qarabağda gərgin atmosferdə keçən “seçkilər” fonunda Azərbaycan vəziyyətdən yararlana bilər”.

 

 

Erməni politoloq pandemiyanın geosiyasi orbitdə ciddi dəyişikliklər yaratdığını əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı