Modern.az

Müsavat Partiyasında ağır itki

Müsavat Partiyasında ağır itki

Allah rəhmət eləsi̇n

2 Aprel 2020, 20:51

Müsavat Partiyasına ağır itki üz verib.

Modern.az xəbər verir ki, Müsavat Partiyasının Yevlax rayon təşkilatının sədri, Məclis üzvü Firidun Muxtarov vəfat edib. 

Partiyadan verilən məlumata görə, Firidun Muxtarov 1956-cı ildə Yevlax rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitiriib və ömrünün sonuna kimi pedoqoji fəaliyyətlə məşğul olub. Pedoqoji fəaliyyəti dövründə müəllim kimi bu şərəfli peşənin öhdəsindən layiqincə gəlib.
Firidun Muxtarov ilk gündən Milli Azadlıq Hərakatına qoşulub və AXC-nin Yevlax rayon şöbəsinin yaradıcılarından biri olaraq Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından biri idi. Sonrakı illərdə siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. Uzun müddət Müsavat Yevlax rayon təşkilatının şura üzvü, sədr müavini, sədri və eyni zamanda Məclis üzvü kimi partiyanın ideologiyasının yayılmasında böyük xidmətləri olub.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi