Modern.az

Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü

Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü

Qarabağ

3 Aprel 2020, 12:29

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında Ermənistan ordusu itki verib.  

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsgər Baken Babakexyan (2000-ci il təvəllüdlü) ölü tapılıb. Əsgərin ölüm səbəbi barədə rəsmi açıqlama verilməsə də, yerli media koronavirus ehtimalından yazır.

 

Jurnalistlər Qarabağda qondarma seçkilər keçirildikdən sonra epidemioloji vəziyyətin kəskinləşdiyini və orduda koronavirusa yoluxma hallarının baş qaldırdığını yazır. Rəsmi Yerevan 6 hərbi qulluqçusunun virusa yoluxduğunu təsdiqləsə də, onların real sayının qat-qat çox olduğu ehtimal olunur. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü