Modern.az

Koronavirusdan ölən müsəlman necə dəfn olunmalıdır? – QAYDALAR

Koronavirusdan ölən müsəlman necə dəfn olunmalıdır? – QAYDALAR

Mədəni̇yyət

3 Aprel 2020, 13:54

Son məlumatlara görə dünyada 53 mindən artıq insanı öldürən koronavirus müxtəlif dini konfessiyaların üzvlərinin həyatına son qoyub.

Modern.az xəbər verir ki, ölənlər arasında yoluxma hallarının artmasının qarşısını almaq üçün dini qurumlar, o cümlədən İslam təşkilatları yeni dəfn qaydaları təsdiqləyir.

 

Qırğızıstan Müsəlmanlarl İdarəsinin Şura üzvü Qədir Məlikov koronavurusdan ölən şəxsin Şəriətə uyğun dəfn olunmasının düzgün olduğunu söyləyib.

“Ölüm halı baş veribsə, İslam qaydalarına görə, ilk növbədə xəstəliyin növünə baxmaq lazımdır. Əgər ölən şəxsin cəsədindən virus başqa insanlara keçmək təhlükəsi varsa, meyitin tutulması məsafədən – üstünə verdədən isti su atmaqla yaxud “şlanq” vasitəsilə gerçəkləşir. Amma yuyulma istənilən halda çox vacibdir. Meyiti yuyanlar mütləq qaydada maska və rezin əlcək geyinməlidir”.

 

 

Qazaxıstan Müsəlmanlar İdarəsi koronavirusdan ölən müsəlmanların dəfn qaydaları üçün xüsusi fətva verib.

“Ölən şəxsin dəfni sanitar-epidemioloji tələblərə uyğun aparılmalıdır. Əgər ölən şəxsin yuyulması morqda həyata keçirilibsə, onun təkrar yuyulmasına ehtiyac yoxdur. Kişiləri kişilər, qadınları isə qadınlar yumalıdır. 

Ölən şəxsin kəfənə bürünməsi vacibdir. Onu kəfənə epidemiologiya üzrə xüsusi qurumların ekspertləri bürüməlidir. Bu mərasim morqda da keçirilə bilər. 

Cənazə namazı mərhumun ən yaxın ailə üzvlərinin çevrəsində gerçəkləşməlidir. Təhlükəsizlik xatirinə onların sayı maksimum az olmalıdır. Xəstəliyin şəhərələrdə yoluxma riskinin yüksək olmasını nəzərə alaraq, ölən şəxsin morqdan birbaşa qəbirtsanlığa aparılması və namazın orada yerinə yetirilməsi tövsiyyə olunur. Epidemioloji qaydalara görə, namaz zamanı mərhumun cənazəsi din xadimi və mərasim iştirakçılarından 2 metr məsagədə olmalıdır.

Cənazəni qəbirstanlığa xüsusi tibbi nəqliyyat vasitəsi gətirməlidir. Qəbir sanitar normalara uyğun hazırlanmalıdır. Cənazənin torpağa tapşırılması prosedurunu tibb mütəxəssisləri yerinə yetirməlidir. Bundan başqa, ölən şəxs yalnız öz doğulduğu yaşayış məntəqəsində torpağa verilməlidir. Sanitar-epidemiloji mərkəzin icazəsi olmadan cəsədin başqa şəhərə aparılması qadağan edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmayer isə koronavirusdan ölən şəxsin cəsədinin virus təhlükəsi saçmadığını vurğulayıb.

“Xəstəlik hava-damcı yolu ilə yayılır. Şəxs öldükdən sonra virus da ölür və buna görə yoluxma halı ola bilməz. Amma insanların dəfn mərasimində kütləvi toplşaması xəstəlik riskini artırır”.

 

Özbəkistan Müsəlamları İdarəsi, Türkiyə Dəyanət İşlər Nazirliyi, Misri Fətvalar Assosiasiyası və s. dini qurumlar meyitin yuyulması, kənəfə bürünməsi və torpağa tapşırılması prosedurunun şəriət normaları əsasında tibbi personal tərəfindən həyata keçirilməsinə qərar verib. Bu proseslərdə mərhumun yaxınları iştirak etmir. Onlar yalnız cənazə namazında və mərhumun torpağa basdırımasına qatıla bilərlər. Mərasimdə iştirak edən hər kəs maska və rezin əlcəkdə olmalı, mərasimdən sonra ərazidə dezinfeksiya işləri aparılmalıdır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir