Modern.az

Çində koronavirus qurbanlarının xatirəsi yad edildi

Çində koronavirus qurbanlarının xatirəsi yad edildi

Aktual

4 Aprel 2020, 09:06

Çin sakinləri və ölkədə yaşayan əcnəbilər şənbə günü koronavirus qurbanlarının və pandemiya ilə mübarizə zamanı başqalarının həyatını xilas edərək həlak olanların xatirəsini sükutla yad ediblər.

 

Modern.az xəbər verir ki, dəqiqə davam edən anımda Çinin başçısı Si Tzinpinda olmaqla bütün ölkə iştirak edib.

Yerli vaxtla saat 10:00-da sirena səsləndirilib. Çin Kommunist Partiyasının və dövlət qurumlarının iştirak edən üzvləri dərin kədər əlaməti olaraq başlarını əydilər.

 

Aprelin 4-dü ÇXR-də ümummilli matəm elan edilib, bütün ictimai əyləncəli tədbirlər qadağan edilib. Çinin əksər idarələrinin və dövlət qurumlarının saytlarının, eləcə də milli KİV-in əsas səhifələrindəki görüntülər sutka ərzində ağ-qara rejimə keçirilib. Ölkə ərazisində, o cümlədən diplomatik missiyaların ərazilərində bayraqlar salınıb.

Rəsmi məlumatlara görə, ölkədə 3,326 COVİD-19 virusuna yoluxan sakin vəfat edib (tass).

 

Qeyd edək ki, Çində koronavirusa yoluxanların ümumi sayı 81,639 nəfər göstərilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir