Modern.az

II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi

II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi

4 Aprel 2020, 09:19

İkinci Dünya müharibəsi veteranı, 104 yaşlı amerikalı Vilyam Lepşis ad günündə koronavirusu məğlub etdi.

 

Modern.az "lenta.ru"ya istinadən xəbər verir ki, V.Lepşis koronavirusa Oreqon ştatının veteranlar evində yoluxub.

 

Xəstəliyin ilk simptomlarını martın 5-də hiss edən veteran bir aydan az müddətdə COVİD-19-dan tamamilə müalicə olunub. Aprelin 1-də isə V.Lepşis 104-cü ad gününü qeyd edib. Onun qohumlarından biri V.Lepşisin ispan qripindən, ABŞ-dakı böyük depressiyadan və İkinci Dünya Müharibəsindən salamat çıxmağı bacardığını vurğulayıb.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi