Modern.az

Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı

Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı

4 Aprel 2020, 11:13

“Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda qeyd olunub.

 

“Türk PA beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"i şiddətlə qınayır.

Türk PA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır”, - deyə bəyanatda qeyd olunub (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi