Modern.az

“Nə Ağcabədi, nə də Füzulidə koronaviruslu var” - Deputat Qarabağ bölgəsindəki vəziyyətdən DANIŞDI

“Nə Ağcabədi, nə də Füzulidə koronaviruslu var” - Deputat Qarabağ bölgəsindəki vəziyyətdən DANIŞDI

Ölkə

4 Aprel 2020, 16:52

“Qarabağ bölgəsində koronavirusla bağlı vəziyyət normaldır. İnsanlar qadağalara, “evdə qal” çağırışlarına riayət edirlər”.

 

Bunu Modern.az-a 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas deyib. O qeyd edib ki, mütəmadi olaraq, bölgə ilə əlaqə saxlayır, məlumat alır:

 

“Həmçinin bir neçə gün öncə vəziyyəti yerində öyrənmək üçün rayonda oldum. Hər zaman bölgədə olanda cəbhəyə də baş çəkirəm. Ağdamın da bir kəndinə baş çəkdim, görüşmək istəyən tanışlara, yaşlı insanlara baş çəkdim. Müşahidə etdiyim o idi ki, insanlar qadağalara əməl edirlər. Hamı xəstəliklə bağlı diqqətli olmağa çalışır. Azərbaycanın rayon və kəndlərində Operativ Qərargahın bütün tapşırıqlarına əməl edilir”.

 

Aqil Abbas onu da vurğulayıb ki, nə Ağcabədi, nə də Füzuli rayonlarında koronaviruslu xəstəyə rast gəlinməyib:

 

“İnsanlar inanırlar ki, bu vəziyyət tezliklə aradan qalxacaq. Şükürlər olsun ki, Azərbaycanda yoluxma və ölüm halı ən aşağı səviyyədədir. Nəzarətin güclü olması insanlarda inamı da artırır. Hər kəs anlayır ki, evdə qalıb, qadağalara əməl etsələr, bəladan qısa zamanda qurtulmaq mümkün olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu