Modern.az

Londonda beynəlxalq antiterror konfransı keçiriləcək

Londonda beynəlxalq antiterror  konfransı keçiriləcək

8 Yanvar 2010, 11:11


Yanvarın 27-də Londonda terrorizmə qarşı mübarizə tədbirlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, tədbir Yəməndəki vəziyyəti müzakirə edəcək. Tədbirdə  BMT-nin Baş katibi Pan Gi Mun da iştirak edəcək. Tədbir barədə jurnalistlərə məlumat verən BMT baş katibi konfransın  təhlükəsizlik probleminin həllinə, terrorizmlə mübarizə, habelə Yəməndə humanitar vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr edildiyini deyib.

Xatırladaq ki, Yəməndə təhlükəsizlik problemi dekabrın 25-də Milad bayramında A-330 təyyarəsində baş vermiş terror cəhdindən sonra son həftələr dünyada ən çox müzakirə olunan mövzudur. Nigeriya vətəndaşı Umar Faruk Əbdülmütəlləb Amsterdam – Detroyt  reysi ilə uçan təyyarədə partlayıcı qurğunu işə salmağa cəhd edib.  Sonradan  məlum olub ki, o, “Əl-Qaidə” təşkilatının Yəməndəki düşərgələrinin birində terror üzrə hazırlıq keçib.
Böyьk Britaniyanın baş naziri Qordon Braunun təşəbbüsü ilə əvvəllər yanvarın 28-nə planlaşdırılmış Əfqanıstan üzrə beynəlxalq konfransın bu tədbirə birləşdirilməsi ilə Yəməndə terrorizmlə mübarizəyə dair konfransın keçirilməsi barədə qərar qəbul edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir