Modern.az

Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək

Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək

4 Aprel 2020, 22:23

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən yalnız aşağıda qeyd edilən taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək.

Modern.az  xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.


N.Allahyarova qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər:

"Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq qaydada həmin şəxslər haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi