Modern.az

“Avroviziya-2012”nin aparıcısı Məleykə Abbaszadənin qızıdır - FOTOLAR

“Avroviziya-2012”nin aparıcısı Məleykə Abbaszadənin qızıdır - FOTOLAR

24 Aprel 2012, 11:38

Əcnəbi vətəndaşla evli olan Nərgiz Birk-Petersen haqqında bilmədiklərimiz..


Modern.az
saytı may ayında Bakıda keçiriləcək “Avroviziya-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin ictimaiyyətə tanış olmayan aparıcısı Nərgiz Birk-Petersenin kimliyini dəqiqləşdirib. Əməkdaşımızın araşdırması nəticəsində məlum olub ki, hamının uzun  müddət haqqında bilmək istədiyi Nərgiz Birk-Petersen Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin doğma qızıdır.

Modern.az bildirir ki, Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı quran Nərgiz xanım hazırda paytaxt Kopenhagendə yaşayır.

Bakıda anadan olan Nərgiz Xəzər Unversitetini bitirib. Hələ tələbəlik illərində o, Xəzər Unversiteinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. Daha sonra təhsilini ABŞ-da davam etdirən Nərgiz orada huquq təhsili alıb. O, həmçinin bir müddət model kimi də çalışıb.

Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib.

“Azərbaycanın bu mötəbər yarışmaya qatılması mənim üçün çox maraqlı oldu. Qalib gədiyimiz zaman sevincimin həddi-hüdudu yox idi. Mən dərhal hiss etdim ki, 2012-ci ildəki yarışmanın bir parçası olmalıyam. Belə mühüm yarışmanı dünyaya təqdim edəcəyimdən qürur hissi duyuram”-deyə Nərgiz qısa müsahibələrinin birində qeyd edib.  

Nərgiz Birk-Petersen 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan “Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktorudur.  O, bu il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib.
Nərgiz Birk-Petersen bu il yanvarın 25-də “Buta Palace” sarayında “Eurovision-2012” Mahnı Müsabiqəsinin püşkatmasında da aparıcılıq edib. O, ana dili ilə yanaşı, ingilis rus, Danimarka dillərini də bilir...
Nərgiz xanımın iki övladı var.

P.S. Modern.az bir qədər öncə saytda Nərgiz Birk-Petersenin müxtəlif ailə fotoşəkillərini təqdim etmişdi. Sonradan Nərgiz xanımın özünün istəyi ilə onun ailə şəkillərini saytımızdan çıxardıq...



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir