Modern.az

Prezidentdən XƏBƏRDARLIQ: “Belə addımlar xəyanət kimi qəbul ediləcək”

Prezidentdən XƏBƏRDARLIQ: “Belə addımlar xəyanət kimi qəbul ediləcək”

6 Aprel 2020, 16:28

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev koronavirus təhlükəsilə bağlı Azərbaycan xalqına etdiyi müraciət zamanı bildirib.

Ölkə başçısı daha sonra xəbərdarlıq edib:

“Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!