Modern.az

Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE

Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE

6 Aprel 2020, 18:12

Aprelin 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

 

MTRŞ-dan Modern.az-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

 

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Nuşirəvan Məhərrəmli isə MTRŞ-nin sədri vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az saytı Milli Teleradio Şurasının yeni sədrinin tərcümeyi-halını təqdim edir:


İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.

O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2000 - 2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub. 19.09.2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Azərbaycan Prezidentinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə İsmət Səttarov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Milli Televiziya və Radio Şurasının 6 aprel 2020-ci il tarixli iclasında Şuranın sədri seçilib.

Evlidir, bir övladı var.

 
A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir