Modern.az

Hökumət deputatlara verilən hesabatda yenilik etdi

Hökumət deputatlara verilən hesabatda yenilik etdi

7 Aprel 2020, 13:23

Xəbər verdiyimiz kimi, aprelin 9-da Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı dinləniləcək. 

Əldə etdiyimiz məlumata görə, deputatlara öncədən təqdim olunan icmal hesabat əvvəlki illərdə olduğu kimi böyük həcmdə deyil.

 

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında iri həcmli hesabata gərək olmadığını bildirib:

 

"100 səhifəlik icmal hesabat deputatlara təqdim edilib. Milli Məclisdəki çıxışımda da 500 səhifəlik hesabata ehtiyac olmadığını demişdim. Elə hesabat verin ki, oxuyub analiz edə bilək. İndiki 100 səhifəlik icmal çox yaxşıdır. Bunu təqdirəlayiq hesab edirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi