Modern.az

Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR

Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR

Dünya

7 Aprel 2020, 13:27

Ermənistanda aprelin 7-nə olan rəsmi məlumata görə 853 nəfərdə koronavirusa yoluxam faktı təsdiqlənib.

 

Modern.az Ermənistan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu müddətdə ölkədə 8 xəstə ölüb, 87 nəfər isə sağalaraq evə buraxılıb.

 

 

Ölkənin koronavirusla mübarizəyə hazırlıq və hazırkı mübarizə metodları ölkə müxalifəti tərəfindən ciddi tənqid olunur. Belə ki, ölkədə ilk koronavirusa yoluxa  faktının təsdiq olunduğu martın 1-i tarixindən Nikol Paşinyan hökuməti virusun cənginə aldığı ölkələrlə sərhədləri və hava əlaqəsini kəsməyə ləngiyib. İranla sərhədlər hələ fevralın 23-də bağlansa da, virus məhz bu ölkədən qayıdan 29 yaşlı Ermənistan vətəndaşına ilk olaraq tapılıb.

 

 

Həmin vaxt artıq Avropada virusun mərkəzinə çevrilən İtaliya ilə hava sərhədləri bağlanmadığı üçün virus bu ölkədən daha sürətlə Ermənistana daxil olub. Martın 11-i və martın 14-də İtaliyadan qayıdan 5 Ermənistan vətəndaşında COVİD-19 tapılır. Yalnız martın 17-də bu ölkə ilə hava əlaqələri kəsilir amma gecikmə yoluxma hallarının ölkə daxilində sürətlə yayılmasına səbəb olur. Martın 16-dan elan olunan fövqəladə vəziyyət, küçəyə xüsusi icazə ilə çıxma qadağasının tətbiqi, sərhədlərin bağlanması, metronun fəaliyyətini dayandırması və s. gecikmiş addımlar ölkəni koronavirusun genişmiqyaslı yayılma sürətindən xilas etmir. Xüsusən, ermənilərin ənənəvi qadağalara əməl etməməsi, kollektiv intizamsızlığı da situasiyanın nəzarətdən çxımasına səbəb olub.

 

Belə ki, rəsmi statistika xəstəliklə bağlı real situasiyanı əhatə etmir. Virusa yoluxma və ölüm hallarına görə Cənubi Qafqazda lider sayılan Ermənistan bununla belə, gündəlik virusa yoluxma hallarını aşkarlamaq üçün ən az test edən ölkə sayılır. Rəsmi məlumatlara görə, ölkədə ilk koronavirusa yoluxma halının təsdiqləndiyi martın 1-dən bəri sutkada 200-400 test keçirilib. Aprelin 7-nə qədər Ermənistanda cəmi 4201 koronavirus testi həyata keçirilib. Bu qədər az test keçirilməsinə rəğmən, koronavirusa yoluxma hallarının 853 nəfərdə təsdiq olunması, 2,9 milyonluq Ermənistanda vəziyyətin kritik olduğunu, real sayın dəfələrlə çox olacağını xəbər verir.

 

 

Koronavirusun ölkənin bütün sahələrinə. Xidmət sektoruna, dövlət aparatına, səhiyyə sisteminə, orduya və s. nüfuz etməsi azsaylı müxalif mətbuatın yazılarından üzə çıxır. Rəsmi məlumatlar hərbi hissələrdən birində 6 hərbi qulluqçunun, Yerevanın “Vardaşen” təcridxanasında 5 əməkdaşında, 11 Fövqəladə Hallar Nazirliyinin işçisində, 20 tibb bacısı və təcili yardım maşının sürücüsündə və s. aşkar olunub. COVİD-19 Yerevanla yanaşı, Aştarak, Masis, Eçmiədzin, Gmürü, Exeqanadzor, Qavar, Maralik və Taşir şəhərlərində də tapılıb.

 

Epidemioloji vəziyyətin kəskinliyinə baxmayaraq, ölkədə koronavirus testlərinin sayı və karantində saxlanıların sayı azlıq təşkil edir. Ölkə rəhbərliyi gerçək vəziyyəti dünya ictimaiyyətindən gizlətməyə çalışır.

 

Koronavirus Ermənistan iqtisadi və siyasi həyatına da ağır zərbə vurur.ş Belə ki, Beynəlxalq Valyuta Fondu 2020-ci ildə Ermənistanın iqtisadi arrım tempini 5,5% səviyyəsində proqnoz etsə də, hazırda bu proqnoz korrektə edilərək 0,7%-ə qədər endirilib. Yaxın aylarda epidemioloji vəziyyət düzəlməzsə, rəsmi Yerevanı ciddi iqtisadi böhran və müflis olma təhlükəsi gözləyir. Nikol Paşinyan hökumətinin epidemioloji vəziyyətlə bağlı real mənzərəni dünyadan gizlətmək səyləri bu iqtisadi və siyasi şokun daha da dərin effekt verəcəyinin carçısıdır.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi