Ermənistanın eks-prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Koçaryan şərəf və ləyaqətinin alçaldılması ittiham ilə məhkəməyə baş vurub.
O, Paşinyandan 4 min dollar (2 milyon dram) təzminat tələb edir. Eks-prezidentin vəkili Ayk Alumyan iddianın Konstitusiya referendumu ilə bağlı təşviqat kampaniyası zamanı Paşinyanın Koçaryanı xalqın sərvətini talamaqda ittiham etmıəsinə görə irəli sürüldüyünü xatırladıb.