Modern.az

Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA

Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA

Təhsil

7 Aprel 2020, 15:02

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar hazırda Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərlik və struktur bölmələri arasında məsləhətləşmələr məsafədən ünsiyyət üçün nəzərdə tutulmuş müəyyən proqramlar vasitəsilə onlayn qaydada keçirilir. 

Modern.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti 3-cü videokonfrans keçirilib. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, cari işlər, onlayn imtahanlar, onların layihələndirilməsi, nəzarət sistemi və digər İT məsələlərinin həlli imkanlarının müzakirəsindən ibarət olub. 


“Vətəndaşların nəzərinə çatdırırıq ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”, - DİM-dən Modern.az-a bildirilib.

Qeyd edək ki, DİM-in inzibati binalarında vətəndaş qəbulu müvəqqəti dayandırılsa da, müraciətlər 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır.
Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir