Modern.az

“Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov

“Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov

Aktual

7 Aprel 2020, 15:20

“Koronavirusla bağlı məlumatların yayılması, həqiqəti əks etdirən və ya etdirməyən informasiyaların internetdə vüsət alması, panika məqsədli iddialar və s. insanların psixologiyasına ciddi təsir göstərir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında deputat, psixologiya elmləri doktoru, professor Səməd Seyidov deyib. O qeyd edib ki, hazırkı karantin rejimi adi vəziyyət deyil və insanların psixologiyasına təsirsiz ötüşməyəcək:

 

“İndi insanlara ciddi psixoloji təsir var. Biz karantin rejiminin, koronavirusun yayılmasının müsbət və mənfi təsirlərini təhlil etməliyik. Hər kəs özü və ətrafındakı insanların taleyi haqqında o zaman əhəmiyyətli addımlar atır ki, yayılan informasiyaları düzgün qavrayır. Bu fövqəladə vəziyyətdə hər birimiz öz daxili, psixoloji resurslarımızı mobilizə etməliyik. Biz başa düşməliyik ki, qapalı vəziyyətdə mütləq qalmalıyıq, #evdeqal məsləhətinə əməl etməliyik. Mövcud real təhlükə var. Biz başa düşməliyik ki, davranışlarımız, hərəkətlərimiz, bu duruma münasibətimiz tək özümüzə deyil, yaxınlarımıza da təsir göstərə bilər. Bununla da yekunlaşmayaraq, bütün ətrafdakı insanlara, nəhayət bütün ölkəyə təsir edə bilər. Tövsiyə olunmuş məqamlara nə qədər yaxşı riayət edəriksə, bu bəladan o qədər tez azad olarıq”.

 

S.Seyidovun fikrincə, mövcud durum barəsində həyəcan keçirməyimiz bir yandan özünü və yaxınlarını qorumaq istəyini də gücləndirir:

 

“İnsan şüurla dərk etməlidir ki, belə bir təhlükə mövcuddur, ona qarşı mübarizə aparmaq lazımdır. Bunun üçünsə, epidemiya haqqında məlumatları düzgün, zamanında əldə etmək vacibdir. Sevindirici haldır ki, koronavirusla bağlı Nazirlər Kabineti yanında operativ qərargah vaxtlı-vaxtında insanlara məlumat çatdırır. Buna baxmayaraq, təəssüf ki, sosial şəbəkələrdə, internetdə həqiqəti əks etdirməyən məlumatlar da yayılır. Bu məlumatlar qorxu, panika yaratmaq məqsədi daşıyır. Ona görə, mütləq düzgün məlumatları seçməyi bacarmalıdır. İnsanın belə fövqəladə vəziyyətdə psixologiyasını möhkəm saxlaması müqavimət sistemini möhkəm saxlamağa da kömək edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?