Modern.az

Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu

Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu

Aktual

7 Aprel 2020, 15:58

Modern.az xəbər verir ki, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alıyeva aylıq maaşının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

 

S. Alıyeva əməkdaşımız suallarını cavablandırarkən belə məsələni qabartmağın tərəfdarı olmadığını deyib:

 

Sadəcə, hər kəs bu təşəbbüsə dəstək olmalıdır. İndiki durumda pandemiya ilə mübarizə üçün həmrəy olmalı, birlik nümayiş etdirməliyik. Mən arzu edərdim ki, imkanı olan hər kəs Prezidentimizin çağırışına qoşulsun, biri-birinə kömək etsin, dəstək olsun. Belə çətin durumda Azərbaycan xalqı olaraq bizə yaraşan məhz budur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər