Modern.az

Heyvanların koronavirusa yoluxması təhlükəli vəziyyət yaratdı - “Bunu insana rahatlıqla ötürə bilərlər”

Heyvanların koronavirusa yoluxması təhlükəli vəziyyət yaratdı - “Bunu insana rahatlıqla ötürə bilərlər”

7 Aprel 2020, 16:55

Ötən gün Nyu-Yorkun “Bronkssk” heyvanat parkındakı dişi pələngdə koronavirus testi müsbət nəticə verib. Zoopark işçiləri pələngə və eyni zamanda heyvanat parkındakı şirə virusun insandan keçdiyini iddia edir.


Parkdakı heyvanların xüsusi nəzarət altında olduğunu nəzərə alsaq, irəli sürülən iddialar əsaslı görünür.

 

Bəs maraqlıdır, koronavirus insandan heyvana keçdiyi kimi, heyvandan da insana keçə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib ki, heyvandan insana virusun keçməsi realdır:

 

“Koronavirusun bəzi viruslardan fərqi ondan ibarətdir ki, insanlar və heyvanlar arasında rahatlıqla ötürülə bilir. İndi məlum olub ki, koronavirus insandan heyvana keçə bilir.

Bu artıq onu deyir ki, virus daşıyıcısı olan heyvan bunu insana rahatlıqla ötürə bilər. Əgər bu hal baş verərsə, vəziyyəti nəzarətdə saxlamaq çətin olacaq və təhlükəli vəziyyət yaranacaq”.

 

Qeyd edək ki, bundan əvvəl Honq-Konqda ev pişiyində koronavirus aşkarlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir