Modern.az

Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi”

Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi”

Aktual

7 Aprel 2020, 17:00

“Koronavirus epidemiyasının geniş yayılması bir çox təhlilçilər tərəfindən postepidemiya dövründə dünyanın necə olacağı, iqtisadiyyatın necə inkişaf edəcəyilə bağlı müxtəlif proqozlar irəli sürmək zərurəti yaradıb”.

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yeni şəraitin yaratdığı şərtlər və postpandemiya dövründə həyata keçirilməsi vacib olan tədbirlərdən danışarkən bildirib.

T.Mirkişilinin sözlərinə görə, hər kəs bir məsələdə yekdildir ki, postkoronavirus dünyası indiki dünyadan fərqli olacaq:

“Həm iqtisadiyyatda, həm xidmət sektorunda, həm də münasibətlərdə tamamailə yeni formanın meydana gələcəyilə bağlı fikirlər mövcuddur. Ümumiyyətlə, dünya tarixi göstərir ki, hər zaman epidemiyaların yayılması sonradan dünyanın dəyişməsinə, sürətli inkişafına və texnoloji inkişafına səbəb olur. Bu, 100 il əvvəl də belə olub, sonra da belə olacaq. Bu baxımdan koronavirusdan sonra dünyada tamamilə yeni mərhələnin başlanmasının şahidi olacağıq”.

 

Parlamentari qeyd edib ki, əsasən karantin tədbirləri xüsusilə bir neçə sahənin inkişafının zəruriliyini ortaya çıxarıb:

“Bunlardan birincisi, məsafədən işləməyi bacarmaqdır. Yəni insanlar evdə qalmaqla işlərini texnologiyalar vasitəsilə həyata keçirmək imkanına sahib olurlar. Elektron hökumət, innovasiyalar, elektron idarəetmə, xüsusən də proqram təminatı və kompüterdən istifadə etmək məsafədən işləmək zərurətini ortaya çıxarıb. Bu vərdişlərə sahib olmaq əslində göstərdi ki, insanlar evdə qalmaqla ikili hislərdən qorunmağı bacarmalıdırlar. Növbəti mərhələdə həm xidmətlər sektorunda, həm də istehsal sahəsində daha çox innovasiyalar tətbiq etmək, daha çox elektronlaşma, texnologiyalardan istifadə etmək önə çıxacaq. Bu həm sürətli iqtisadi qərarların qəbul edilməsinə imkan yaradacaq, həm məhsuldalığı artıracaq, həm də düşünürəm ki, insanların uzaqdan idarəetmə vərdişlərini xeyli artıracaq. Bütövlükdə bu, iqtisadiyyatda yeni istiqamət sayılacaq.

İkinci istiqamət təhsil və səhiyyə sahəsində təmasdan qaçaraq, uzaqdan xidmət göstərmək kimi mühüm zərurəti ortaya qoyacaq. Distant təhsillə bağlı çoxsayalı fikirlər vardı. İndiyədək distant təhsil ikinci təhsil kimi istifadə edilirdisə, artıq texnologiyalar daha çox zərurət yaradacaq və inkişaf edəcək ki, distant təhsil, məsafədən xidmət etmək kimi mühüm zərurəti yaradacaq.
Üçüncü istiqamət kimi zəruri qida məhsulu istehsal edən sahələrin inkişafını zəruri edəcək. Xüsusilə kənd təsərrüfatında yeni texnologiyalar tətbiq etməklə müxtəlif sahələr inkişaf etdirilməlidir. İqtisadiyyatı sənaye sektoru, emal sənayesi olmadan təsəvvür etmək qeyri-mümkündür. Bütün iqtisadi münasibətlərin fonunda idarəetmədə yeni vərdişlərin tətbiqi çox mühüm olacaq ki, bu da insanların texnoloji biliklərə yiyiələnməsi və bunu tətbiq etmələri baxımından mühüm zərurətə çeviriləcəkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir