Modern.az

İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB

İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB

7 Aprel 2020, 17:27

“İctimai Televiziyanın (İTV) Aprel döyüşləri haqqında sifariş etdiyi film efirdə yayımlanmayacaq”.

 

Bunu Modern.az-a həmin film haqqında danışarkən İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov deyib. O qeyd edib ki, filmin yayımlanmaması keyfiyyətli alınmaması olub:

 

“Film tərəfimizdən sifariş olunmuşdu. Çəkilişlərdən sonra filmin hazır olan hissəsinə baxıldı. Aprel döyüşlərinin əhəmiyyətinin, əsgərlərimizin, ordumuzun savaşdakı şücaətinin, şəhid olan vətən oğullarının mərdliyinin, döyüşlərin siyasi vacibliyinin filmdə əks edilməsi çox aşağı səviyyədə olduğundan efirə çıxarılmamasına qərar verdik”.

 

F. Qürbətov onu da qeyd edib ki, yeni filmin sifarişi Aprel döyüşlərinin növbəti ildönümünə qədər ola bilər:

 

“Çox güman ki, növbəti ildönümünə qədər yeni film hazırlanacaq. İctimai Televiziyada mütəmadi vətənpərvərlik haqqında sənədli filmlər, verilişlər hazırlanır. Milli qəhrəmanlar, şəhidlərimizlə bağlı çoxsaylı videomateriallar var. Sadəcə olaraq, bu tipli bədii-sənədli filmin hazırlanmasını uzun illər çalışdığımız film şirkətinə həvalə etmişdik. Təəssüf ki, həmin qrup bu işin öhdəsindən layiqincə gələ bilmədi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir