Modern.az

İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev

İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev

7 Aprel 2020, 18:00

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda iş yerlərində hər hansı ixtisarlara yol verilmir, həyati vacib orqanlarda minimal sayda işçi işə cəlb edilir.

 

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

S.Babayev qeyd edib ki, son 10 gündə əmək müqavilələrinin sayında ciddi arrtımlar qeydəalınır:

 

"Burada sahibkarlar dövlətin göstərdiyi dəstəkdən faydalanaraq ixtisarlara yol verməməlidirlər. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə səbəblər müəyyən edilir. Sahibkarlara o halda dövlət dəstəyi veriləcək ki, işçilərin ixtisarlarına yol verilməsin. Hazırda qeyri-neft sektorunda 690 min nəfər işçinin əmək müqaviləsi var".

 

Nazir, həmçinin bildirib ki, Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur:

 

"Əvvəllər vətəndaş öz ərizəsi və ya müqaviləsi bitdikdə işdən çıxdıqda ona işsizlikdən sığorta vəsaiti verilmirdi. Lakin indi müqaviləsi bitən şəxslərə də işsizlikdən sığorta mexanizmi şamil ediləcək. Ən azı 20 min şəxs bu mexanizmlə əhatə olunacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır