Modern.az

Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı

Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı

Ölkə

7 Aprel 2020, 18:13

“Dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən zəif kontingentə yönəlib. Bəzən əmək müqaviləsi ilə işləyənlər də birdəfəlik ödəmə üçün müraciət edirlər".


Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir bildirib ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur:


“Əgər ailənin hər hansı üzvü dövlətdən hansısas dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət emal edilib. Bunların 60 faizi haqqı olmadan birdəfəlik ödəməni almaq istəyən iş yeri,müqaviləsi olan,pensiya alan vəs.şəxslər tərəfindən edilir. Bu sayın çox olması bizim işlərimizi gecikdirir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü