Modern.az

Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO

Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO

Aktual

7 Aprel 2020, 18:56

Goranboy Rayon İcra Hakimiyyəti rayonda təbii fəlakətlə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, aprelin 6-da gecə saatlarından başlayan güclü külək və yağış nəticəsində, rayonun 12398 abonenti olan 49 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, elektrik təsərrüfatına, kənd təsərrüfatı sahələrinə və bəzi sahibkarlıq obyektlərinə müəyyən ziyanın dəydiyi müşahidə olunub.

 

"Səhər saatlarından etibarən elektrik təsərrüfatında enerji təminatının bərpa olunması istiqamətində işlər davam etdirilir. RİH yanında Fövqəladə Hallar Komissiyası təbii fəlakətlə bağlı baş vermiş fəsadların aradan qaldırılması ilə bağlı operativ işləri həyata keçirir", - deyə məlumatda qeyd olunub. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür