Modern.az

Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ

Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ

7 Aprel 2020, 20:16

“Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəniş almaq üçün qeydiyyatdan keçə bilməz. Çünki elektron hökumət portalı üzərindən məlumatlar şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında oxunur. Ona görə də şəxsiyyət vəsiqəsi yenilənməlidir”.

Modern.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.


Nazir qeyd edib ki, həmin şəxslərin qeydiyyatdan keçməsi üçün problem yaranacaq: “Əgər mövcud şəxsiyyət vəsiqəsi qüvvədə deyilsə, məlumatlar toplana bilmir və buna görə də ona işsiz statusu verə bilmərik. Məsləhət görərdim ki, karantin müddətində evdən çıxmaq üçün verilən 2 saatlıq icazə müddətindən istifadə edib istənilən “ASAN xidmət” mərkəzlərinə gedərək şəxsiyyət vəsiqələrini yeniləsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı