Modern.az

Əli Əsədovdan əlilliyi olan şəxslərlə bağlı VACİB QƏRAR

Əli Əsədovdan əlilliyi olan şəxslərlə bağlı VACİB QƏRAR

7 Aprel 2020, 21:17

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar verib.

Modern.az-ın məlumatına görə, qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1- dək uzadılsın.
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?