Modern.az

Qadınlar birləşib Pərvizi “Survivor”dan ÇIXARDILAR

Qadınlar birləşib Pərvizi “Survivor”dan ÇIXARDILAR

Mədəni̇yyət

8 Aprel 2020, 08:12

Türkiyənin TV8 kanalında yayımlanan "Survivor 2020" yarışmasında azərbaycanlı iştirakçı, kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayev mübarizədən kənarlaşdırılıb.

Modern.az xəbər verir ki, aprelin 7-də qurulan ada konseyində yarışdan çıxarılmağa namizəd göstərilən Pərviz SMS səsverməsində uduzub.

Səsvermə ərəfəsində “Ünlüllər” komandasından qadın iştirakçı Ezgi və kişilərdən Pərviz Abdullayev yarışdan kənarlaşdırılmağa iki namizəd idi.

Ancaq qadınlardan Ezgi ilə Aycan həftənin ən çox səs toplayan iştirakçıları seçildiyindən səsverməyə çıxacaq namizədlərin adı dəyişib. Belə ki, Pərvizin yarışdan uzaqlaşdırlmasında israrlı olan Ezgi və Aycan səsverməyə Ərsin və Mərtin də adını çıxarmaqla istəklərinə nail olublar. Nəticədə Pərviz türkiyəli yarışmaçılar Mərt və Ərsindən daha az səs toplayaraq, yarışı tərk etməyə məcbur olub.

Pərvizin yarışmadan kənarlaşdırılması TV8-i izələyən türkiyəli şərhçilər üçün gözlənilməz olub. Qeyd edək ki, “Ünlülüər” komandasında olan bütün 4 qadın yarışmaçı Pərvizin getməsinə səs vemişdilər.


Xatırladaq ki, “Ünlülüər” və “Könüllülər” komandaları arasında keçirilən "Survivor 2020" yarışması Dominikan Respublikasında təşkil olunub.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi