Modern.az

“Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə

“Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə

8 Aprel 2020, 15:02

“Koronavirus pandemiyası yaxın müddət üçün Azərbaycanda demoqrafik göstəricilərə mənfi təsir edə bilər”.

 

Bunu Modern.az-a koronavirusun ölkəmizdə demoqrafik göstəricilərə təsirlərindən danışarkən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. O qeyd edib ki, yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər:

 

“İnsanlar övladlarının belə bir çətin vəziyyəti, dünyanı bürüyən faciəni görməsi, bu pandemiyadan təsirlənməsi ilə bağlı narahatdırlar. Hətta dünyanın sonudur, pandemiya yaxın bir neçə il davam edəcək, insanların kütləvi ölümü baş verəcək kimi fikirlər səsləndirən və buna inanlar da var. Ona görə, insanların övlad dünyaya gətirmək, ailə üzvlərinin sayını artırmaq barədə qərarlar verməyə tələsməyəcəyini düşünürəm”.

 

Buna baxmayaraq, Mehriban Zeynalova düşünür ki, doğum göstəriciləri ailələrin intellektual səviyyəsinə uyğun şəkildə dəyişə bilər:

 

“Əgər ailə koronavirus pandemiyasının yayılmasına, dünyada baş verən proseslərə laqeyddirsə, heç bir reaksiya vermirsə, təbii ki, uşaq artımı ola bilər. Amma digər qəbildən olan ailələr isə bu prosesin içərisindədir, uşaqların qorunmasının vacibliyini dərk edir, daim informasiya alır. Həmin ailələr övlad planlaşdırmağa ehtiyat edəcək. Bunu da nəzərə aldıqda, hesab edirəm ki, nisbi təsir olsa da, böyük balans pozuntusu baş verməyəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır