Modern.az

Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ

Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ

Aktual

8 Aprel 2020, 19:25

Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərin nəzərinə çatdırır ki, vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.

 

 

Modern.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu