Modern.az

İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür

İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür

Aktual

8 Aprel 2020, 20:29

İran koronavirusla mübarizədə Heydər Əliyev Mərkəzinin göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Modern.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə səfirliyin "Tvitter" hesabında yazıb.

O, İran xalqına dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi koronavirusla mübarizədə qonşu və dost İrana dəstək məqsədilə videoproyekt hazırlayaraq mərkəzin binasında İran bayrağını əks etdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!