Modern.az

Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu

Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu

8 Aprel 2020, 22:27

Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub.

 

Modern.az  xəbər verir ki, bu barədə BUAK "Facebook" səhifəsində məlumat yayılıb.

Məlumata görə, Rövşən Tağıyev xəstəxanada koronavirus testindən keçib, testin nəticəsi pozitiv çıxıb.

Bildirilib ki, R.Tağıyevin vəziyyəti ağır deyil. Yoxlanışdan sonra onun evdə və ya xəstəxanada müalicəsini davam etdirəcəyi məlum olacaq.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumatı APA-ya  təsdiqləyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!