Modern.az

Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB

Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB

Aktual

8 Aprel 2020, 23:46

Azərbaycanda bu gün ərzində 3018 nəfər koronavirus testindən keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata görə, ümumilikdə indiyədək respublikamızda  53 011 nəfər testdən keçirilib. 

Hazırda virusa yoluxanlardan 8 nəfəri reanimasiyadadır, 8 nəfər isə süni tənəffüs cihazına qoşulub.



Qeyd edək ki, indiyədək respublikamızda 822 nəfər virusa yoluxub. Virusa yoluxanlardan 8 nəfəri dünyasını dəyişib. 63 nəfər isə müalicəsini başa vuraraq evə buraxılıb. Hazırda xəstəxanalarda 751 nəfər müalicə alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı