Modern.az

Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı

Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı

9 Aprel 2020, 00:36

Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10 869 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon 7 mindən çox insanın intensiv terapiya və ya reanimasiya şöbələrində olduğunu qeyd edib.

 

J.Salomon bildirib ki, martın 1-dən koronavirusa yoluxanlar arasında 7 632 ölüm halı qeydə alınıb: "Xəstəxanalar və tibbi-sosial müəssisələr də daxil olmaqla, ölənlərin ümumi sayı 10 869 nəfərdir. Onların 82 faizi 70 yaşdan yuxarı insanlardır. Ölkədə koronavirusdan ölənlərin sayı son sutka ərzində 541 nəfər artıb. Epidemiya başlayandan 60 min insan xəstəxanaya yerləşdirilib. Hazırda 30 375 nəfər hazırda xəstəxanalarda qalır ki, onlardan da 7 148 nəfərin vəziyyəti ağırdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı