Modern.az

Fransada yaşayan AZƏRBAYCANLI: “Burada ciddi un qıtlığı yaranıb”

Fransada yaşayan AZƏRBAYCANLI: “Burada ciddi un qıtlığı yaranıb”

9 Aprel 2020, 17:03

“Fransada ciddi mənada un qıtlığı yaşanır. Mağazalarda, hipermarketlərdə un rəfləri tamamilə boşalıb”.

Modern.az-ın məlumatına görə, bu sözləri Fransada yaşayan soydaşımız Elnur Məcidli bildirib.

Onun sözlərinə görə, özü bir neçə günlük axtarışdan sonra, aprelin 9-da un satışı ilə rastlaşıb.

“Sadəcə qara un 1 kq-lıq kağız bağlamada satılırdı və 2,18 avroya! Yəni 4 manat 10 qəpiyə!

Kəpəkli unun 1 kq-lıq şəffaf plastik torbalarda qablaşdırılaraq rəflərə düzülməsi, mənə Azərbaycanın 90-cı illərini xatırlatdı. Bu unun da kilosu 1,99 avrodu, yəni təxminən 3 manat 50 qəpik!

Daha bir həftə əvvələ qədər bir kiloluq paçkalarda 50-60-70 sent arası satılan un ərşə çəkilib.

Buna baxmayaraq, hipermarketlərdə və çörəkçilərdə çörək satışlarının qiyməti dəyişməyib.

Çox güman ki, unun fərdi şəxslərə deyil, çörək istehsalı ilə məşğul olan sahibkarlara satışının yönləndirilməsiylə bağlı göstəriş verilib.

Bu arada, Fransada karantin rejiminin qeyri-müəyyən müddətə qədər uzadılması müzakirə olunmaqdadır.

Ölümlərin və yoluxmaların sayı düşmür, artan tendensiya ilə davam edir.

Pandemiyanın Fransada nə zaman zirvə nöqtəsinə çıxıb-enməyə başlayacağını tam olaraq hesablamaq hələ ki mümkün olmayıb.

Ümid edirəm ki, Fransa, Azərbaycan və bütün dünya bu pandemik bəladan daha az itkiylə çıxar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir