Modern.az

Koronavirus dünyanın “ən təhlükəli nöqtəsi”nə SÜLH GƏTİRDİ

Koronavirus dünyanın “ən təhlükəli nöqtəsi”nə SÜLH GƏTİRDİ

9 Aprel 2020, 17:26

COVİD-19 pandemiyası planetin fərqli ərazilərində yerləşən “qaynar nöqtə”lərə sülh gətirib.

 

Modern.az xəbər verir ki, Yəməndə davam edən vətəndaş müharibəsi pandemiya fonunda atəşkəs sazişinini imzalanması ilə nəticələnib. Səudiyyə Ərəbistanı və bıra ərəb ölkələrinin koalisiyasından ibartə Ədən şəhərindəki hökumət münaqişənin digər tərəıfi husilərlə müvəqqəti sülh əldə edib.

 

 

Səudiyyə Ərəbistanı komandanlığı aprelin 9-dan etibarən 2 həfə müddətinə silahların susacağını elan edib.

 

Yəməndə 2014-cü ilin avqustundan Səudiyyə Ərəbistanı və şiə-husilər arasında silahlı münaqişə davam edir. Husilər 2015-ci ilin yanvarında paytaxt Sənanı ələ keçiriblər. Bundan sonra, prezident Əbdul Raboo Mənsur Hadinin dəvəti ilə Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindən ibarət koalisiya ölkəyə hərbi müdaxiləyə başlayıb.

 

 

COVİD-19 pandemiyası ilə yanaşı, Yəmən hazırda vəba ilə mübarizə aparır. Ölkədə ağır humanitar vəziyyət yaranıb.

“Son məlumatlara görə, ən azı 1,2 milyon insan vəbadan əziyyət çəkir. Bu hətta, koronavirusdan da böyük təhlükədir. Amma pandemiya fonunda ölkədə fəaliyyət göstərən bütün humanitar təşkilatlar fəaliyyətini dayandırıblar”.

 

 

Yəmən 5 ildir ki, 2 hissəyə bölünüb: husilərin nəzarətdə saxladığı və paytaxt Sənada yerləşən hökumət və beynəlxalq birliyin tanıdığı, ərəb koalisiyasının dəstək verdiyi Ədən şəhərində yerləşən hökumət. Bundan başqa, ölkənin mərkəzində də terrorçu təşkilatlar aktiv fəaliyyət göstərir.

 

Yəməndə vətəndaş müharibəsi başlayandan bəri 3 milyon insan qaçqın düşüb, 10 min insan isə hərbi əməliyyatların qurbanı olub. BMT isə Yəməndəki vəziyyəti “təşkilat yaranandan bəri tarixdə ən ağır humanitar situasiya” sayır. Belə ki, hər il ölkədə hərbi əməliyyatlar, aclıq və xəstəlik səbəbilə 50 mindən çox uşaq ölür. Beynəlxalq Qırmızı Xaç Komitəsi Yəməndə 22 milyon insan, o cümlədən 11 milyon uşağın humanitar yardıma ehtiyacı olduğunu yazır.

 

Bundan başqa, 400 mini uşaq olmaqla, 8 milyon insan aclıq çəkir. Ölkədə 1,2 milyon vəba, 381 difteriyadan əziyyət çəkən xəstə var.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər