Modern.az

Qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib

Qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib

Aktual

9 Aprel 2020, 17:32

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 146 insan alveri və dörd məcburi əmək cinayəti qeydə alınıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib. Qeyd olunub ki, 10 nəfərdən ibarət dörd cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.

 

2019-cu ildə ayrı-ayrı hüquqazidd əməllərin açılması göstəriciləri də yüksək olub. Belə ki, ağır və xüsusilə ağır cinayətlərin 87,3 faizi, şəxsiyyət əleyhinə olan cinayətlərin 97 faizi açılıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də uğurla davam etdirilərək, 329 müvafiq cinayətin açılması təmin edilib.

Qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində dövlət sərhədlərində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan altı qrup zərərsizləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır