Koronavirus peyvəndi üçün 7 gündür laboratoriyada özünü karantinə alan türkiyəli professor Ercüment Ovalı bu gün sosial mediada Türkiyəni həyəcanlandıran bir xəbər paylaşıb.
Modern.az-ın məlumatına görə, o bildirib:
"7 gün 16 saat laboratoriyada çalışdıqdan sonra qurduğumuz sistemin güvənli olduğu isbatlandı. İndi qəhrəmanlar içəri girir. Qaldığım yerdən onlar davam edəcək. İlk qrup @YurtseverBulut, Gözde, Recai, sonra sayıları addım-addım artacaq. 23 aprelə sözləşdik".
İndi hamı 23 apreldəki müjdəli xəbəri gözləyəcək...
A.Qorxmaz