Modern.az

UNEC brendi Xorvatiyada da tanındı

UNEC brendi Xorvatiyada da tanındı

Aktual

9 Aprel 2020, 19:24

"Universitetlərin beynəlmiləlləşməsi və bu sek­torda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mü­hitinin yaranmasına gətirib çıxarıb. Digər sahələrdə olduğu kimi, uni­ver­si­tet­lər arasında da güclü rəqabət on­ların brendlənməsini zərürətə çevrilib".

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) daxil olan məlumatda deyilir:

 

"Azərbaycan Dövlət İqtisad Universitetində də bu istiqamətdə uğurlara imza atır. Belə ki, UNEC brendi öz əhatə dairəsini günü-gündən genişləndirməklə   2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra  isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litva - qeydiyata alınıb. 2020-ci il 8 apreldə isə UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınıb.

Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınmış və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanıb" 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır