Modern.az

“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başladı - Neft BAHALAŞACAQ?

“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başladı - Neft BAHALAŞACAQ?

Aktual

9 Aprel 2020, 19:29

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, görüşün müzakirə mövzusu neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısının alınması üçün mövcud tədarük həcminin azaldılmasıdır. İclasda qeyri-OPEC ölkələrinin nazirləri iştirak edir və yeni “Əməkdaşlıq Bəyannaməsi” müzakirə olunur.

 

Videokonfrans ərəfəsində dünya bazarında neftin qiyməti bahalaşıb. Belə ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 35,22 dollara alıcı axtarır. “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 27,05 dollara satılır.

 

KİV-lərə görə, Səudiyyə Ərəbistanı gündəlik neft hasiltını 4 miıyon barrel azaltmağa hazırdır.

 

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

 

Xatırladaq ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın 31-də başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür